11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda qızıl hasil edən Britaniya şirkətinin xalis mənfəəti azalıb – SƏBƏB?

Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş, mis hasilatını həyata keçirən “Anglo Asian Mining PLC” şirkəti 2022-ci ildə $84.7 mln. həcmində gəlir əldə edib və bu, şirkətin 2021-ci il maliyyə göstəriciləri ilə müqayisədə $7.8 mln., yaxud 8.4% azdır.

Banker.az bu barədə şirkətin illik hesabatına istinad edir.

2021-ci ildə şirkətin $92.5 mln. gəliri olmuşdu.

Şirkət bu azalmanı “Gədəbəydə hasil edilən filizin qızıl tərkibinin aşağı olması ilə bağlı hasilatın azalması” səbəbindən baş verdiyini bildirir.

2022-ci ildə şirkətin $7.5 mln. xalis mənfəəti olub və bu, 2021-ci ildəki göstəricidən $12.6 mln.-dan azdır.

Qızıl hasilatının ümumi davamlı dəyəri hasilatın azalması səbəbindən bir unsiya üçün $1 064-ə (2021: $ 843) yüksəlib.

Şirkətin 31 dekabr 2022-ci il tarixinə $20.4 milyon məbləğində nağd pulu var və bu, 2021-ci ilin eyni dövründə $37.5 milyon idi.

“Mən 2022-ci il üçün illik hesabatımızı təqdim etməkdən məmnunam. Bu, “Anglo Asian Mining” üçün mühüm il oldu və bu müddət ərzində şirkət mövcud əməliyyatlarında və biznesinin inkişafında əhəmiyyətli irəliləyiş əldə etdi. Bu, mənfəətlə işləmək və bütün maraqlı tərəflər üçün dəyər yaratmaq təcrübəsini saxlamaqla həyata keçirilib” -deyə, şirkət rəhbəri Reza Vaziri bildirib.

Son xəbərlər
Digər xəbərlər