5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda qızıl hasilatçısı ABB ilə 55 milyonluq kredit müqaviləsi imzalayıb

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın “Anglo-Asian Mining Plc.” şirkəti “Azərbaycan Beynəlxalq Bankı” ilə 55 milyon manat həcmində (32.3 ABŞ dolları) kredit müqaviləsi imzalayıb.

Bu barədə “Anglo-Asian Mining”dən bildirilib. Məlumata görə, yeddi illik dövriyyə krediti “Anglo Asian”ın 100% fəaliyyət göstərən törəmə şirkəti olan Azərbaycan Beynəlxalq Mədən Şirkəti (“AIMC”) vasitəsilə bağlanılıb. Bu, Şirkətin genişlənmə planları üçün həm əlavə maliyyə, həm də əməliyyat çevikliyi təmin edəcək.

Qeyd edilib ki, müqavilə “Anglo Asian”ın orta müddətli inkişaf planlarının həyata keçirilməsi və onun orta səviyyəli mis əsaslı mədən şirkəti kimi qurulması üçün mühüm bir addımdır.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər