2022-ci ilin yanvar-mart aylarında Azərbaycanda 608.2 kq qızıl istehsal edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26.7% azdır.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu il aprelin 1-nə 210.8 kq hazır məhsul ehtiyatı yaranıb.
3 ayda ölkədə 1 331.6 kq gümüş istehsal edilib ki, bu da illik müqayisədə 10.2% çoxdur. Cari ilin aprelin 1-nə 615.1 kq hazır məhsul ehtiyatı yaranıb.