14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda qızıl və gümüş hasilatı azalır, mis artır

2023-cü ilin ilk 11 ayı ərzində Azərbaycan ərazisində qızıl istehsalının həcmi qızıl və gümüş istehsalının həcmi azalıb.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

İlin qeyd edilən müddətində qızıl istehsalı 16.6% azalaraq 2 131.2 kiloqram, gümüş isə 29.2% azalaraq 3 390.2 kq təşkil edib.

Bununla belə mis filizlərinin istehsalı ilk 11 ayı ərzində 2 115.8 ton təşkil edib və bu da öncəki ilin analoji dövründən 1.8% yuxarı göstəricidir.

Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş hasilatının azalmasında əsas səbəblərdən biri Böyük Britaniya şirkəti “Anglo Asian Mining plc”nin hasilatla bağlı strategiyasının dəyişməsi ilə əlaqəlidir. Şirkət son ildə daha çox mis hasilatına konsentrasiya olub.

Son xəbərlər
Digər xəbərlər