13 C
Baku
Saturday, November 23, 2024

“Azərbaycanda qızıl və zinət əşyaları bazarında satışlar 70 faiz azalıb”

Məhərrəmlik və səfər aylarında şənlik mərasimlərinin keçirilməməsi Azərbaycanda qızıl və zinət əşyaları bazarına mənfi təsir edib.

Bunu Azərbaycan Zərgərlər Assosiasiyasının sədri Toğrul Abbasquliyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda qızıl və zinət əşyaları bazarı şənlik mərasimlərinə bağlıdır.

“Məhərrəmlik və Səfər ayı ilə bağlı ölkədə toy şənliklərinin keçirilməməsi qızıl bazarında özünü göstərir. Hazırda qızıl və zinət əşyaları bazarında satışlar 70 faiz azalıb. Bu hal hər il təkrarlanır. Sentyabr ayının sonunda Səfər ayı bitir deyə həm istehsalçılar və idxalçılar qızıl və zinət ehtiyatlarını artırırlar. Ehtiyatların artırılmasının əsas səbəblərindən biri də yeni ilin yaxınlaşmasıdır. Novbəti aydan qızıl-zinət bazarında canlanma gözlənilir”, – deyə T. Abbasquliyev bildirib.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər