14 C
Baku
Sunday, November 24, 2024

Azərbaycanda qızılın istehsalı artmağa başlayıb – Üç rübə 1.75 tonluq istehsal

Azərbaycanda cari ilin ilk üç rübündə qızıl istehsalının həcmi 1 752.1 kiloqrama çatıb. Bu da təqribən 61 803.51 troy unsiya deməkdir.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu da illik müqayisədə istehsalın 1.2 faiz artımı deməkdir.

Azərbaycanda Böyük Britaniyanın qızıl hasil edən “Anglo Asian Mining pls” şirkəti açıqlayıb ki, bu ilin ilk üç rübündə cəmi 7 660 unsiya qızıl istehsal edib. Halbuki, 2023-cü ilin müvafiq dövründən xeyli aşağıdır. Keçən ilin eyni dövründə 18 779 unsiya qızıl istehsal etmişdi.

Hazırda qızılın bir unsiyası dünya bazarında 2,691.45 ABŞ dollar, Azərbaycan Mərkəzi Bankının rəsmi məzənnəsinə görə isə 16 oktyabr tarixinə 4 533.34 manata yaxındır.

Qızıl 2024-cü ildə 29.7%, son bir ildə 39.11% və son üç ildə isə 51.37% bahalaşıb.

Cari qiymətlərlə götürlərsə bu ilki qızılın istehsal dəyəri 160 mln. dollardan çoxdur.

Son xəbərlər
Digər xəbərlər