16 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda qohum olmayan şəxsin də donor olmasına icazə veriləcək

“İnsan orqanlarının transplantasiyası ilə bağlı yeni qanun hazırlanarkən müzakirə edildi ki, donor-respiyentin yalnız qohum olması problemlər yaradır”.

Bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitənin sədr müavini Musa Quliyev deyib.

M.Quliyev qeyd edib ki, hazırki qanunda qohum olmadığı halda donorluğa icazə verilmir: “Dünya təcrübəsində, xüsusən də Türkiyədə Etika Komissiyasının rəyi əsasında qohum olmayan şəxsin (alqı-satqı vasitəsi də olmamaq şərtilə) könüllü donorluğuna icazə verilir. Kimsə humanist addım atmaq istəyirsə, biuna əngəl olmaq doğru deyil. Donor qohum ola da bilər, olmaya da”.

Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər