5 C
Baku
Monday, December 23, 2024

Azərbaycanda qoyunların sayı azalaraq “kritik həddə” düşüb və bu, qiymətləri günbəgün tətikləyir

Son bir ildə Azərbaycanda qoyun və quzuların sayı 808 min və ya 10% azalıb və bu son 10 il ərzində qeydə alınmış ən aşağı göstəricidir.

Bu barədə Banker.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilir.

Bildirilir ki, 1 aprel 2023-cü il tarixinə respublika ərazisində fermerlərin ümumilikdə  7 milyon 360.8 min baş qoyun və keçisi var.

Cari ilin təkcə birinci rübündə qoyun və keçilərin sayı 5% azalmış olub.

Qoyun sayının sürətlə azalması və eləcə əhalinin artımı ilə təklif tələbdən xeyli aşağı düşür, nəticədə, ölkədə qiymətlərin artımına təkan verir. DSK-nin 5 illik ərzaqların orta qiymət siyahısnda qoyunun sümüklü əti 2018-ci ildə bir kiloqramı 11 manatdan ucuz olduğu halda, 2023-cü ilin əvvəlinə 14 manata qədər yüksəlib. Bazarda real olaraq qoyun əti hər kiloqram üçün 15-18 manat aralığında ticarət edilməkdədir.

213123123

 

Azərbaycanda qoyun ətini əsasən daxili və qismən də xarici bazar hesabına qarşılayır. 2022-ci ildə qoyun idxalı 2021-ci illə müqayisədə 65% artmaqla 195 minə yaxın olmuşdu, lakin bu 2021-ci iliin pandemiyadan bu heyvanların idxalına kəskin neqativ təsir etməsi nəticəsində azalmasını nəzərə almaq lazımdır.

Son xəbərlər
Digər xəbərlər