2016-cı il yanvar ayının 1-nə Azərbaycanda banklar tərəfindən 2,694 min ədəd bankomat quraşdırılıb ki, bu da ötən ilin əvvəlinə olan göstəricidən 3,3% çoxdur. Bu barədə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Bununla belə, dekabrda bankomatların sayı 1 vahid azalıb.
Yanvarın 1-nə Bakıda 1,502 min ədəd (artım 2,1%), regionlarda 1,192 min ədəd bankomat (artım 4,8%) quraşdırılıb.
AMB-nin məlumatına görə, 2015-ci ildə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında artım müşahidə olunub. Xüsusilə 2016-cı ilin əvvəlinə onların sayı 80,301 min ədəd (artım 10%) təşkil edib. Dekabrda pos-terminalların sayı 4,091 ədəd artıb.
Bununla yanaşı, Bakıda 47,985 min ədəd (azalma 2,2%), regionlarda 31,356 min ədəd (artım 36,5%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 78,762 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,1%-i quraşdırılıb.
İnterfaks-Azərbaycan