5 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda qüvvədə qalan karantin qaydaları – SİYAHI

Bu gündən ölkə ərazisində maska tələbi ləğv edilib.
Bununla bağlı Nazirlər Kabineti aprelin 22-də qərar verib.
Maska tələbinin ləğv edilməsinə baxmayaraq Azərbaycanda bəzi karantin qadağaları qalamqdadır.
Onları təqdim edirik:
2020-ci il 28 fevral tarixindən tətbiq edilmiş xüsusi karantin rejimi hələ də davam edir. Onun vaxtı 1 iyul 06:00-dək uzadılıb.

Azərbaycanın quru sərhədləri hələ ki bağlıdır. 2020-ci il martın 4-də ilk olaraq İranla sərhəd iki həftəlik qapadıldı. Buna səbəb isə ölkə ərazisində ilk virusa yoluxmuş şəxsin (fevralın 28-də təsbit olunub – red.) İrandan gəlməsi idi. Sonra isə tədricən digər quru sərhədlər də qapandı.

2022-ci il fevralın 1-dən etibarən dövlət orqanlarının əməkdaşlarının, mülkiyyət formasından asılı olmayaraq bütün tibb, əczaçılıq, elm və təhsil müəssisələrinin, iş və xidmət sahələri işçilərinin COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmaları və ya iki COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi, yaxud COVID-19-a qarşı peyvəndə əks-göstərişi müəyyən edən əks-göstəriş sertifikatının olması tələb edildi.

Fevralın 15-dən COVID-19 vaksininin ikinci dozasının üzərindən 6 aydan çox vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilmir. “Buster” doza vaksin olunmayanlar ictimai iaşə müəssisələri (kafe, restoran və s.) mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmırlar.

Son xəbərlər
Digər xəbərlər