9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda rəqəmsal kameralar idxal ƏDV-sindən azad edilir

Azərbaycanda rəqəmsal kameraların idxalı əlavə dəyər vergisindən azad olunan əsas vəsaitlərin siyahısına daxil edilib.

Banker.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli qərarında deyilir. Qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qeyd edilən məhsulun nomenklatura kodu 8525 89 300 0 kimi göstərilir.

Siyahıda fotokameralar üçün hissələr və ləvazimatlar; boşalma (elektron) fotoişartılar da daxil edilib.

Həmin məhsulların idxalına indiyə qədər 15% gömrük, 18% idxal ƏDV rüsumu tətbiq edilirdi.

Bu Qərar 2023-cü il 1 yanvar tarixindən tətbiq edilir.

2023-cü ilin ilk yarısında bu kodda olan 146 435 ədəd və ya $5.71 mln.-luq məhsul idxal edilib. Məlumatı DSK paylaşıb.

 

Son xəbərlər
Digər xəbərlər