Antiinhisar Xidmətinin fəaliyyətinin tamamilə rəqəmsallaşdırılması nəzərdə tutulub.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Aslanbəyli bildirib.
“Dövlət satınalmaları portalı ilə yanaşı ilin sonuna qədər Rəqabət portalı, Rəqəmsal həll və Keyfiyyət üzrə rəqəmsal həll öz fəaliyyətinə başlayacaq ki, bu da rəqabət orqanının məsuliyyətini, fəaliyyət istiqamətlərinə aid olan sahibkarların öz sahələrinə aid olan məsələlərin əlçatanlığının sürətinin və keyfiyyətinin, ən əsası da şəffaflığın təmin olunmasına töhfə vermiş olacaq”, – deyə Məmməd Aslanbəyli əlavə edib.