Azərbaycanda 1 noyabr tarixinə olan rəsmi işsizlik səviyyəsi açıqlanıb.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, noyabrın 1-nə Azərbaycanda işsizlik səviyyəsi 5.95% təşkil edib. Öncəki ayda ölkədə işsizlik səviyyəsi 6.05% təşkil edirdi. İlin əvvəlində isə bu 7.16% təşkil edirdi.
Qeyd edək ki, Azərbaycanda işsizlik səviyyəsi sonuncu dəfə 6%-dən aşağı 2020-ci ilin birinci rübündə, hansı ki, həmin tarixdə ölkə sərhədlərindən COVID-19 epidemiyası daxil olmamışdı.
DSK bildirir ki, 2021-ci il noyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 299.8 min nəfər olmuş, onlardan 4 milyon 984.5 min nəfərini məşğul əhali təşkil etmişdir.