13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda rabitəçilərin orta aylıq əməkhaqqı 2000 manatı keçib – rəsmi

Azərbaycanda rabitə sahəsində çalışan işçilərin sayı və eləcə də orta aylıq əməkhaqları yüksəlib.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 1 iyul 2024-cü il tarixinə rabitə işçilərinin sayı 15 707 nəfər olub.

Bu da 2023-cü ilin eyni dövründəki göstərici – 15 030 nəfərdən 4.5% çox olması deməkdir.

Rabitə sahəsində orta aylıq əmək haqqı keçən illə müqayisədə 19.2% artaraq 2 045.4 manat olub. Halbuki, keçən ilin eyni dövründə 1 716.4 manatlıq aylıq əməkhaqqı olmuşdu.

 

Son xəbərlər
Digər xəbərlər