10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda regional hava limanlarının xarici şirkətin istifadəsinə verilməsi təklif olunur

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) biletlərinin baha olması ilə aparılan araşdırma nəticəsində müəyyən edilib ki, bu sahədə antiinhisar qanunvericiliyinin pozulması müşahidə edilmir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O qeyd edib ki, AZAL-la yanaşı, ölkədə bir sıra xarici şirkətlər uçuşlar həyata keçirir və vətəndaşlar öz seçimlərində sərbəstdirlər: “AZAL məhdud yerlərə uçur və digər ölkələrə daha çox xarici şirkətlər uçuş həyata keçirir”.

C.Babayev qeyd edib ki, bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib:

“Regionlardakı bir sıra hava limanlarının xarici şirkətin istifadəsinə vermək və ya əlavə bir aviaşirkətin cəlb edilməsi təklif edilib ki, yerli idarəetmə formalaşdırılmasın. Ümid edirik ki, gələcəkdə buna baxılacaq və daha aşağı qiymətə vətəndaşlar biletləri əldə edəcəklər”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər