13 C
Baku
Sunday, October 20, 2024

Azərbaycanda regionlar üzrə koronavirusa yoluxma statistikası açıqlanıb

Azərbaycanda koronavirusa yoluxma sayının bölgələr üzrə statistikası açıqlanıb.

Hələ də liderlik Bakıdadır. Lakin son günlər paytaxta düşən pay artaraq 56,3 faiz olub. Ötən aylarda bu rəqəm 49-51 faiz arası dəyişirdi.

İkinci ən çox yoluxma 16 faizlə Abşeron bölgəsindədir. Daha sonra Aran 9.4, Gəncə-Qazax 6.7, Lənkəran 4.5, Quba-Xaçmaz 1.9, Dağlıq Şirvan 1.7, Şəki-Zaqatala 1.5, Yuxarı Qarabağ 1 faizdir.

Ölkə xaricindən gələnlərdə virusa yoluxma 0,8 faizdir. Ölkənin Naxçıvan Muxtar Respublikasında isə aktiv koronavirus xəstəsi yoxdur. Burda göstərici 0 faizdir.

Son xəbərlər
Digər xəbərlər