6 C
Baku
Sunday, December 15, 2024

Regionların kreditləşməsi 20% azalıb, banklararası manat kreditləri ucuzlaşıb

Azərbaycanda regionların kreditləşməsi prosesi illik müqayisədə 502 mln. manat və ya 19,6% azalaraq 2017-ci il sentyabrın 1-nə 2 062 mln. manat təşkil edib. Beləliklə, ölkə üzrə cəmi kredit qoyuluşunun 16,66%-i regionların payına düşüb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) aylıq hesabatına istinadən xəbər verilir.

Hesabata əsasən, regionlar üzrə ən çox kredit qoyuluşu Aran iqtisadi rayonunda (504 mln. manat) qeydə alınıb. Eyni zamanda, ən yüksək orta faiz dərəcəsi də (illik 22,0%) bu regionda müşahidə olunub.

Qeyd edək ki, 2017-ci il sentyabrın 1-nə ölkə iqtisadiyyatına cəmi kredit qoyuluşu 12 377 mln. manat təşkil edib və bunun 10 314 mln. manatı və ya 83,34%-i Bakı şəhərini əhatə edib. Ölkədə kreditlər üzrə orta faiz dərəcəsi illik 12,0% təşkil etdiyi halda, Bakı şəhərində 10,6% olub, regionlarda isə 8,6-22,0% arasında dəyişib.

Banklararası manat kreditləri ucuzlaşıb

Bu ilin avqust ayında Azərbaycanda manatla banklararası kreditlər üzrə orta faiz dərəcəsi aşağı düşüb. Orta dərəcə manatla kreditlərdə illik 9,18%-dən 8,44%-ə enib.

Bu müddətdə xarici valyutada orta faiz dərəcəsi isə əksinə, yüksəlib və 9,73%-dən 9,76%-ə artıb.

Manatla kreditlərdə ən yüksək orta faiz dərəcəsi illik 20,62% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,45% olmaqla 180-360 günlük kreditlərdə qeydə alınıb. Xarici valyutada kreditlərdə isə ən yüksək orta faiz illik 17,22% olmaqla 30-90 günlük, ən aşağı isə illik 1,19% olmaqla 30 günədək kreditlərdə olub.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər