Bakı Fond Birjası 2021-ci ilin 1-ci rübü üzrə hesabatını yayıb.
Banker.az xəbər verir ki, ötən ilin birinci rübünə nəzərən repo əməliyyatları üzrə ticarət dövriyyəsində 149% artım qeydə alınıb.
Qeyd edək ki, həmçinin dövlət və korporativ qiymətli kağızların ilkin bazar əməliyyatlarında aktivlik müşahidə olunub. Ümumilikdə isə dövlət qiymətli kağızlar bazarında 245% artım olub.