Nazirlər Kabineti malların risk qruplarının təyin edilməsi meyarlarını təsdiq edərək onların təsnifatını aparıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov bu gün keçirilən “Milli Metrologiya Forum”unda deyib.
O qeyd edib ki, bu malların siyahısı razılaşdırılması məqsədilə aidiyyəti dövlət qurumlarıına təqdim edilib: “Texniki reqlamentlərlə əhatə olunmalı olan 39 mal kateqoriyası üzrə mallarının siyahısı hazırlanıb”.
İ. Həsənov bildirib ki, bu kimi addımlar “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı”n icrası çərçivəsində həyata keçirilir: “Hazırda proqramın icrası ilə bağlı dövlət qurumları ilə sıx iş aparılır ki, ölkəyə idxal olunan və ölkədə istehsal olunan malların təhlükəsizliyi təmin edilsin”.