Keçən il Azərbaycanda ultra-lüks avtomobil markalarına maraq artıb. Banker.az xəbər verir ki, bu artım özünü xüsusilə məşhur britaniya markası “Rolls-Royce”un statistikasında göstərir.
Banker.az-ın tərtib etdiyi siyahıda bildirilir ki, 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ildə “Rolls-Royce” avtomobillərinin sayı 12.10% artıb. Belə ki, ötən il 66 belə avtomobil qeydiyyatdan keçmişdisə,2024-cü ilin sonuna rəqəm artıq 74-ə çatıb. Bu da əlavə 8 yeni “Rolls-Royce” avtomobilinin yollarımıza qatıldığını göstərir.
Azərbaycan bazarında bu avtomobillər əksər hallarda 400 min ABŞ dollarından baha satılır. Məsələn, bu avtomobilin son markalarından olan “Rolls-Royce Ghost” hazırda rəsmi diller tərəfindən $700 000 və ya 1.19 mln. manata qədər qiymətlə satılır.