Aprelin 14-də Rusiya rublunun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi daha 4% artaraq 0.0207 manat təşkil edib. (1000 rubl = 20.7 manat)
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının göstəricilərinə istinadən xəbər verir.
2022-ci ilin aprelin 13-də rublun məzənnəsi 0.0199 manat olub. (1000 rubl = 19.9 manat)