15 C
Baku
Saturday, November 2, 2024

Azərbaycanda Rusiya helikopterləri üçün servis mərkəzi fəaliyyətə başladı

“Vertolyoti Rossii” hondinqi ilə Azərbaycanın “Silk Way Helicopter Services” şirkəti Rusiya helikopterləri üçün servis mərkəzində birgə fəaliyyətə başlayıb. Artıq briqada ilk Mi-8AMT helikoterini təmir edib.

Bununla bağlı “RİA Novosti”yə açıqlamasında “Vertolyoti Rossii” şirkətinin satış sonrası servis üzrə baş direktorunun müavini İqor Çeçikov məlumat verib.

“Biz planlı əsasla çalışırıq. Bu il iyun ayında “Silk Way”lə birgə olaraq onlara məxsus bir helikopteri təmir etmişik, indi də ikincisinin təmiri gündəmdədir. Yəni mərhələli şəkildə istehsal gücümüz və təmir ehtiyatlarımız artırılır”, – Çeçikov “ADEX-2018” sərgisində deyib.

O əlavə edib ki, hazırda işçi heyətinə təlim keçirilir və yeni avadanlıq gətiriləcək.

İki ilə əvvəl baş tutan “ADEX-2016” sərgisində “Vertolyoti Rossii” ilə “Silk Way Helicopter Services” şirkətinin rəhbəri Azər Sultanov arasında Azərbaycan ərazisində Rusiyaya məxsus Mİ8/18 mülki helikopterlərinin təmiri üçün servis mərkəzinin yaradılması ilə bağlı saziş imzalanıb.

“ADEX-2018” sərgisi sentyabrın 25-dən 27-dək Bakıda keçirilir.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər