16 C
Baku
Friday, May 3, 2024

Azərbaycanda rütubətdən su əldə edən avadanlıq istehsal olunacaq

Atmosferdəki rütubətdən su əldə edən avadanlıq ixtira edilib. İxtira patenti ilkin ekspertizadan keçib, layihə müəllifinə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən “Startap” şəhadətnaməsi təqdim olunub.

Banker.az xəbər verir ki, Startapçının verdiyi məlumata görə, ixtira minimum enerji sərfiyyatı ilə ətrafdakı atmosfer havasının rütubətindən suyun kondensasiyasını nəzərdə tutur. Avadanlıq tərkibində su buxarı olan hava axınını tənzimləyir, hava axını süni qızdırılır və kəskin soyudulur, nəticədə su buxarı güclü kondensasiya olunur. Distillə edilmiş bu suyun minerallaşdırılaraq içilməsi mümkündür. İnnovativ avadanlıqdan gündəlik həyatda, xüsusilə təmiz içməli suya çıxışın məhdud olduğu ərazilərdə, sənaye sahəsində istifadə edilə bilər.

Kiçik model generatorun gün ərzində 200 litr su istehsal etməsi üçün 7 manatlıq elektrik enerjisi sərf edilir. Generatorun aylıq su istehsalı həcmi 6000 litr olarsa, bu xərc 210 manat, illik su istehsalı həcmi 2.190.000 litr olacağı halda isə 2.520 manat təşkil edəcək. Satışda olan 6.000 litr təmiz suya 1.050 manat xərcin çəkildiyi nəzərə alınarsa, bu, o deməkdir ki, generatorun suyundan istifadə edən şəxs ay ərzində 840 manata (1.050-210=840) qənaət etmiş olacaq.

Son xəbərlər
 ⁠
Digər xəbərlər