Azərbaycandan xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmaları bu ilin yanvar-aprel aylarında 467 min manat olub.
Banker.az Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən xəbər verir ki, bu, illik müqayisədə 303 min manat və ya 39.3% azalma var. Belə ki, ötən ilin ilk dörd ayında xaricə səfər edən vətəndaşların sığortası üzrə daxilolmalar 770 min manat təşkil etmişdir.
Xaricə səfər edən vətəndaşların sığortası ödənişlərinə gəlincə, cari ilin dörd ayında bu rəqəm 38 min manat təşkil edib ki, bu, da illik müqayisədə 150 min ( 4.9 dəfə ) və ya 82% azdır. Qeyd edək ki, ötən ilin yanvar-aprel aylarında bu sığorta növü üzrə ödənişlər 188 min manat təşkil edib.