8 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda səfərbərlik gözlənilmir – RƏSMİ AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) ehtiyatda olan hərbi qulluqçuların yenidən hərbi xidmətə çağırılması ilə bağlı bəzi KİV-lərdə və sosial şəbəkələrdə yayılan məlumatlara münasibət bildirilib.

Qurumun Baş İdarəsinin Qeydiyyat şöbəsindən verilən məlumata görə, ehtiyatda olan əsgərlərin hərbi komissarlıqlara çağırılması onların yaşayış yeri və ailə vəziyyətlərinin dəqiqləşdirilməsi ilə bağlıdır.

“Azərbaycanda səfərbərlik hazırlığı “Səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Edilən çağırışlar dörd-beş il ərzində döyüş bölgəsində xidmət etmiş birinci dərəcəli hərbi vəzifəlilərin dəqiqləşdirilməsi ilə bağlıdır. Onların hansı ünvanda yaşaması və ailə vəziyyətləri dəqiqləşdirilir”-deyə SHXÇDX-dan verilən məlumatda qeyd olunub.

Bundan əlavə bildirilib ki, hazırda Azərbaycanda səfərbərlik gözlənilmir.

AzVision

Son xəbərlər
Digər xəbərlər