17 C
Baku
Friday, October 18, 2024

Azərbaycanda səfərdə olan İraq Prezidentinin rəsmi qarşılanma mərasimi keçirilib

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İraq Respublikasının Prezidenti Əbdüllətif Camal Rəşidin noyabrın 20-də rəsmi qarşılanma mərasimi olub.

Banker.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İraq Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidi qarşılayıb.

Fəxri qarovul dəstəsinin rəisi İraq Prezidentinə raport verib.

Prezident Əbdüllətif Camal Rəşid Azərbaycan əsgərlərini salamlayıb.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

İraq Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyəti İraq Prezidentinə, İraq nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İraq Prezidenti Əbdüllətif Camal Rəşidin qarşısından keçib.

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

eb8a713a 0a9f 3cbe a20f 14363e2bd9f3 9a69cd01 e47d 363c 842b 64f97c97c1fa 6f53d6fe 0079 380f aa8c 6452ec0ca24d 9786fdfe 4d85 3557 ae9d 106f937ca9b3 d913c6ac 1231 39b8 b269 0ea361c3e7d0 9d4c4f12 b590 3859 b709 ffc274b6ed98 e6ad937a 1590 344b 9c3f bf368debc927 6e907be5 9191 33c3 92f0 216aba56bab8

Son xəbərlər
Digər xəbərlər