4 may 2024-cü il tarixində saat 12:00-da cəmiyyətin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakı kimidir:
1. “Beyləqan Təmir-Tikinti” ASC-nin 2023-cü il üçün maliyyə hesabatı haqqında
2. “Beyləqan Təmir-Tikinti ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilərək, “Beyləqan Təmir-Tikinti” MMC-yə çevrilməsi haqqında
3. “Beyləqan Təmir-Tikinti” MMC-nin direktorunun təyin edilməsi
4. Digər cari məsələlər.
İclasın keçiriləcəyi ünvan Beyləqan şəhəri, RTS yolu, 6 saylı məktəblə üzbəüzdür.
Qeyd edək ki, bu şirkət 1998-ci ildə yaradılıb, nizamnamə kapitalı 47 602 manatdır və qanuni təmsilçisi Yusif Atakişiyevdir.