30 iyun 2023-cü il saat 11.00-da “Elektrikməişətcihaz” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. “Elektrikməişətcihaz” ASC-nin nizamnaməsinin yeni redaktədə təsdiq edilməsi.
2. 2021-2022-ci illərin mühasibat balansının və illik hesabatının müzakirəsi və təsdiqi.
3. Səhmdar cəmiyyətin müşahidə (direktorlar) şurasının,idarə heyətinin və maliyyə-təftiş komissiyasının yeni üzvlərinin seçilməsi.
4. Digər cari məsələlərin müzakirəsi.
Ümumi yığıncaqda səhmdarların iştirakı arzuolunandır.
Ünvan-Bakı,Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolunun kənarı.