2025-ci il aprelin 6-də saat 14:00-da “Gəncə Təmir Quraşdırma” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2024-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair idarə heyətinin hesabatı,
2. Təşkilatı məsələlər (Müşahidə Şurası, İdarə heyəti və Maliyyə Təftiş komissiyasının üzvlərinin və sədrlərinin seçilməsi)
3. İstismar müddəti bitmiş, istifadəyə yararsız əmlakın siliməsi.
4. Digər məsələlər.
Yığıncağın gündəliyinə dair sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür. Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiq edən sənədlə (vəkil edilmiş nümayəndələr notarial təsdiq edilmiş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir. Ünvan Gəncə şəhəri, Sədi küçəsi, ev 1-dir/