23 C
Baku
Friday, October 10, 2025

Azərbaycanda səhmdar cəmiyyət bölünür, yeni şirkətlər təsis ediləcək

14 noyabr 2025-ci il saat 14.00-da “F.S” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı cəmiyyətin yerləşdiyi ünvanda keçiriləcəkdir.

Banker.az xəbər verir ki, növbədənkənar ümumi yığıncaqda aşağıdakı məsələlər müzakirə ediləcəkdir:

Ümumi yığıncağın gündəliyi:
1. ASC-nin bölünməsi və bölünmə balansının təsdiq edilməsi.
2. ASC-nin bölünmüş əmlakının təhvil verilməsi qaydasının müəyyən edilməsi.
3. ASC-nin bölünməsi nəticəsində yenidən təşkil olunan MMC-lərin təsis edilməsinə və
nizamnamə kapitalının əmlak şəklində formalaşmasına razılığın verilməsi.
4. ASC-yə məxsus səhmlərin ləğv edilməsi və dövriyyədən çıxarılması.
5. Digər məsələlər.

Səhmdarlar gündəlikdəki məsələlərə aid sənədlərlə tanış olmaq üçün həftənin iş günləri saat 10.00-dan-13.00-dək cəmiyyətin icra orqanının rəhbərinə müraciət edə bilərlər.

Ünvan – Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül qəsəbəsi,1999-cu məhəllədir.

Son xəbərlər
Digər xəbərlər