Azərbaycanda şəkər çuğundurunun istehsalına görə verilən subsidiyanın miqdarı artırılıb.
Banker.az xəbər verir ki, bu barədə Aqrar Subsidiya Şurası yeni qərar qəbul edib.
Qərara əsasən, şəkər çuğunduru üçün məhsul əmsalı müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılıb.