5 C
Baku
Friday, January 17, 2025

Azərbaycanda sənaye istehsalı ₼64 milyardı keçib

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ildə 64.1 milyard manatlıq və ya 2023-cü illə müqayisədə 1.1 faiz çox sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 0.5 faiz, qeyri neft-qaz sektorunda isə 7.3 faiz artıb.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayır.

Sənaye məhsulunun 64.3 faizi mədənçıxarma sektorunda, 29.8 faizi emal sektorunda, 4.9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1.0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3.6 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 6.2 faiz artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 81.5 faiz, mebel istehsalı 45.9 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 44.7 faiz, hazır metal məmulatlarının istehsalı 38.9 faiz, elektrik avadanlıqlarının istehsalı 32.8 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 27.1 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 25.9 faiz, geyim istehsalı 24.7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 18.0 faiz, tikinti materiallarının istehsalı 16.9 faiz, içkilərin istehsalı 15.7 faiz, qida məhsullarının istehsalı 10.5 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 9.3 faiz, kimya sənayesi məhsullarının istehsalı 6.5 faiz, kağız və karton istehsalı 5.9 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4.7 faiz, tütün məmulatlarının istehsalı 4.1 faiz, sair sənaye məhsullarının istehsalı 2.8 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 0.9 faiz artıb, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1.2 faiz, neft məhsullarının istehsalı 11.0 faiz, poliqrafiya məhsullarının istehsalı 23.7 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 50.3 faiz, maşın və avadanlıqların istehsalı isə 51.4 faiz azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1.7 faiz azalıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2.7 faiz artıb.

Son xəbərlər
Digər xəbərlər