-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda sənaye istehsalı 1,1% azalıb

Azərbaycanda sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-aprel aylarında 9,4 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,1% az sənaye məhsulu istehsal edilib. Report Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, azalmaya səbəb xam neft hasilatının 1,8%, qaz hasilatının 9,8%, elektrik enerjisi istehsalının 7,6%, habelə bir sıra emal sənayesi məhsullarının istehsalının aşağı düşməsi olub.

Sənaye məhsulunun 63,9%-i mədənçıxarma sektorunda, 28,6%-i emal sektorunda, 6,7%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda məhsul istehsalı 1,3% azalıb.

Emal sektorunda qida məhsullarının istehsalı 2,3%, içkilərin istehsalı 8,2%, tütün məmulatlarının istehsalı 52,1%, toxuculuq sənayesi məhsullarının istehsalı 3,5 dəfə, hazır metal məmulatlarının istehsalı 36,5%, kompyuter, elektron və optik məhsulların istehsalı 2,7 dəfə, elektrik avadanlıqlarının istehsalı 7,8%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 48,4%, maşın və avadanlıqların quraşdırılması, təmiri işləri 2,1 dəfə artıb.

Bununla belə, geyim istehsalı 19,6%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 72,9%, kağız və karton istehsalı 14,9%, poliqrafiya məhsullarının istehsalı 6,7%, kimya sənayesi məhsullarının istehsalı 13,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,4%, tikinti materiallarının istehsalı 28,6%, maşın və avadanlıqların istehsalı 20,5%, mebel istehsalı14,2% azalma olub.Eyni zamanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 6,2%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 1,6% azalıb. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 4,2% artıb, neft sektorunda isə 1,7% azalıb.

Son xəbərlər
Digər xəbərlər