14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda sənaye zonalarına ₼471 mln. investisiya yatırılacaq

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü ildə rezidentlik verdiyi 26 sahibkarlıq subyekti Azərbaycanda sənaye zonalarına və məhəllərinə 471 milyon manat investisiya yatıracaq.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, bunlardan 7-si Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 8-i Sumqayıt Kimya Sənaye Parkının, 3-ü Pirallahı Sənaye Parkının, 1-i Hacıqabul Sənaye Məhəlləsinin, 2-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.

“Rezidentlər tərəfindən 3 100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur”, – M. Cabbarov qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər