10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda şərab biznesinə yenicə başlayan rus şirkətinə yeni rəhbər təyin edilib

Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin yerli törəməsi və Azərbaycanda dövlətə məxsus şərab müəssisini alan “Az Abrau” MMC-nin direktoru dəyişdi.

Bu barədə Banker.az-a şirkətə yaxın mənbə bildirir.

Viktor Jarov Lvoviç “AzAbrau”nun direktoru olacaq. O, bu vəzifədə Aleksander Xaptxirovu əvəzləyib.

V.Jarov uzun illər ana şirkətdə yüksək vəzifələrdə çalışıb.

“AzAbrau” MMC 2021-ci ilin iyulunda yaradılıb. Şirkət dekabrda Şəkidə fəaliyyətdə olan dövlət müəssisəsi “Şəki Şərab” MMC-nin bir hissəsini satın alıb.

Həmin tarixdə İN yanında Əmlak Məsələləri Dövlət Xidməti və şirkət arasında alqı-satqı müqaviləsi imzalanıb.

Müqavilənin şərtlərinə uyğun olaraq, qalib şirkət dövlət büdcəsinə 1.92 milyon manat ödəniş etməyi, müəssisənin inkişafı üçün 4.5 milyon manatlıq İnvestisiya Proqramının icrasını üzərinə götürüb. “AzAbrau” həmçinin, müəssisənin ümumi məbləği 535 min manat olan əmək haqqı, dövlət büdcəsi, DSMF, habelə kreditorlara olan borclarını ödəməyi öhdəliyinə götürüb.

Şirkət Azərbaycanın üzümçülük rayonlarından olan Şəkidə premium kateqoriyalı üzüm şərablarının, həmçinin desert şərabların istehsalını planlaşdırır, yaxın perspektivdə üzüm bağlarının salınmasını nəzərdə tutur.

2022-ci ilin aprelində şirkətin nizamnamə kapitalı ikiqat artırılmaqla 3 397 600 manata çatırılmışdı.

“Şəki Şərab” MMC 6 hektar ərazidə yerləşir. Müəssisə ildə 2,6 mln. butulka şərab istehsal etmək imkanına malikdir.

Son xəbərlər
Digər xəbərlər