-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda şərab müəssisini alıb, Şəkidə biznes quran kimdir?

Şəkidə dövlətə məxsus olan şərab şirkəti “Şəki Şərab” MMC Rusiya şirkəti tərəfindən satın alındı.

Banker.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xitməti tərəfindən keçirlən investsisya müsahibəsində Rusiyanın “Abrau-Durso” Publik Səhmdar Cəmiyyətinin (PSC) yerli törəmə müəssisəsi qalib elan edildi.

Qalib törəmə şirkət “AzAbrau” MMC-dir. Hansı ki, 2021-ci ilin 26 iyulunda “AzAbrau” MMC Rusiya Federasiyasının “Abrau-Durso” PSC tərəfindən təsis olunub və onun törəmə müəssisəsidir. Şirkətin qeydiyyat ünvanı Şəki rayonuda, Çələbixan qəsəbəsində, 1.61 mln. manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb. Bu qəsəbədə “Şəki Şərab” MMC-də dövlət qeydiyyatdadır.

“Abrau-Durso” PSC böyük şərabçılıq və biznes təcrübəsinə malik şirkətlər qrupu dünyanın 20-dən çox ölkəsinə şərab ixrac edir.

Şimal qonşumuzun ən böyük şərab satıcısı olan “Abrau-Durso” Rusiyanın pərakəndə satış məntəqələrində geniş təmsilçilik hüququna malikdir. Şirkətin prezidenti Pavel Titovdur.

“Abrau-Durso” Rusiyada beş tanınmış spirt markasından biri olmaqla yanaşı, şərab istehsalçıları arasında həm kəmiyyət, həm də keyfiyyət baxımından ən geniş distributorluğa malikdir. 4 şərab zavodunun sahibi olan şirkətlər qrupu 2020-ci ildə 40 mln. butulkadan çox məhsul satışına müvəffəq olub.

Şirkətin 3 böyük üzüm bağı, 6 500 hektardan çox torpaq sahəsi və “Abrau-Durso” brend mağazaları var.

“Azərbaycan tanınmış şərabçılıq regionudur. Unikal mülayim iqlim şərabçılığın inkişafı üçün olduqca əlverişlidir. Qafqaz dağları Azərbaycanda şaxtanın yayılmasının qarşısını alır. İsti, quru olmayan yay üzümün tam yetişməsinə imkan verir” -deyə, Pavel Titov, şirkətin prezidenti bildirib.

Müqavilənin şərtlərinə görə, müsabiqə qalibi dövlət büdcəsinə 1.92 mln. manat məbləğində pul vəsaitinin köçürəcək. Həmçinin şirkət, “Şəki Şərab”ın inkişafı üçün ümumi həcmi 4.5 mln. manata yaxın məbləğdə təşkil edən İnvestisiya Proqramının icrasını üzərinə götürüb.

Şirkətin prezidenti onu da əlavə edir ki, yerli üzüm [Azərbaycan] növləri özünəməxsus və unikal dadı ilə seçilir.

“Biz burada istehsal olunan şərabların ixrac potensialı baxımından böyük perspektivlər görürük”.

Şirkət Rusiyanın daxili və xarici bazarına “Abrau-Durso” qazlı şərab (şampan), “Abrau” şərabları, “Usadba divnomorskoye” şərabları və “Vedernikov Winery” şərabları çıxarmaqdadır.

Son xəbərlər
Digər xəbərlər