Azərbaycanda şərab zavodunun direktoru dəyişib

“Naiqin-K Tovuz Baltiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri dəyişdirilib.

Banker.az xəbər verir ki, Sənan Məmmədov Məmməd oğlu şirkətin rəhbəri təyin edilib.

Buna qədər şirkətin direktoru Rakif Tağıyev Musa oğludur.

“Naiqin-K Tovuz Baltiya” 1993-cü ildə təsis edilib və 500 000 rubl və ya 8 173 manat nizamnamə kapitalı ilə təsis edilib. Şirkətin təsisçisi Naiq Əli oğlu Məmmədhəsənovdur.

Tovuzda fəaliyyətdə olan şirkət, brendi, şərab, araq və viski istehsalını həyata keçirir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər