Bu ilin yanvar ayında istifadəyə verilən Dövlət Gömrük Komitəsinin Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqindən sonra sərhədkeçmə müddəti iki dəfəyə yaxın azalıb.
Bunu Dövlət Gömrük Komitəsinin Xidmət Keyfiyyətinə Nəzarət İdarəsinin rəisi Adil Muradov bildirib.
Onun sözlərinə görə, bu ilin yanvar-iyun aylarında bu rəqəm ortalama olaraq 28 dəqiqə olub.
A. Muradov qeyd edib ki, 2023-cü ilin ilk 6 ayında ortalama sərhədkeçmə müddət 54 dəqiqə təşkil edib.
Qeyd edək ki, Avtomatlaşdırılmış Risk Analizi Sistemi (ARAS) Dövlət Gömrük Komitəsinin mütəxəssisləri tərəfindən hazırlanıb və 2024-cü ilin yanvar ayından tətbiqinə başlanılıb. Süni intellekt əsaslı maşın öyrənmə alqoritmləri ilə işləyən ARAS – məlumatların öncədən emalı hesabına yük və nəqliyyat vasitələrinin sürətli sərhəd keçidinə, çevik gömrük rəsmiləşdirilməsinə şərait yaradır, biznes subyektlərinin əməliyyat xərclərini azaldır.