13 C
Baku
Saturday, November 23, 2024

“Azərbaycanda sərnişindaşıma sahəsi üçün yeni elektron tətbiqlər hazırlanır”

Hazırda Azərbaycanda nəqliyyat sahəsində fərqlənmə nişanlarının 67-68 %-i elektron qaydada verilir.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.

O vurğulayıb ki, icazə blanklarının da elektron qaydada verilməsi təmin edilib.

A. Rzayev qeyd edib ki, AYNA sərnişinlərin ictimai nəqliyyatdan istifadəsini rahatlaşdırmaq, xidmət keyfiyyətini artırmaq məqsədilə sərnişindaşıma sahəsində innovativ həllərin tətbiqini davam etdirir: “Yeni elektron tətbiqlər üzərində iş aparılır”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər