11 C
Baku
Tuesday, November 26, 2024

Azərbaycanda səyyar vergi yoxlamaları azalıb, Cabbarov bildirir

Azərbaycanda vergi ombudsmanı institutu yaradılacaq. Bu barədə vergilər naziri Mikayıl Cabbarov “Vergilər.Şəffaflıq. İnkişaf” mövzusunda keçirilən forumda bildirib. Onun sözlərinə görə, vergi ombudsmanı sahibkarların şikayətlərinin operativ baxılması, onlara hüquqi yarıdımın göstərilməsi baxımından əhəmiyyətlidir.

“Vergi ombudsmanı sahibkarların müraciətlərinin operativ baxılmasına kömək edəcək. Vergi ombudsmanının fəaliyyətə başlaması vergi ödəyəcələrinə şikayətlərinin operativ araşdırılmasına və vergi sisteminin inkişafına imkan verəcək”.

Nazir, həmçinin ötən il vergi yoxlamalarının azaldığını vurğulayıb. Qeyd edib ki, hər 1000 aktiv fəaliyyət göstərən ödəyicədən 4-də səyyar yoxlama aparılıb, bu isə 0,4 faiz göstəricidir. Bundan əlavə, kiçik sahibkarlıq subyekti yoxlamaya məruz qalmır.

MənbəAzVision
Son xəbərlər
Digər xəbərlər