“De Decco” şirkəti gömrük qanunvericiliyini pozdu

“De Decco” MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib edilib.

Banker.az bu barədə əldə etdiyi məlumata görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə iddası ilə irəli sürülüb.

Protokol Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Xatırladaq ki, ötən il “Azşuqar” Ticarət Şirkəti adını və təşkilati-hüquqi formasını dəyişərək “De Decco” MMC-yə çevrildiyini elan etmişdir. Azşuqar” 1997-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Əsabil Qarakişi oğlu Qasımovdur. 1995-ci ildən «Karat» holdinqinin direktorudur. Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

Son xəbərlər
Digər xəbərlər