Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mübariz Rəcəbov vəfat edib.
O, ötən gün dünyasını dəyişib.
Qeyd edək ki, Mübariz Kərim oğlu Rəcəbov 1993-cü il avqustun 9-dan 1999-cu il dekabrın 13-dək Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.
O, 1999-cu ildə keçirilən bələdiyyə seçkiləri zamanı rayonun ərazisində vətəndaşların seçki hüquqlarının pozulmasına yol verilməsi və seçki prosesinə müdaxilə üçün şərait yaratdığına görə icra başçısı vəzifəsindən azad edilib.