Banker.az xəbər verir ki, Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2015-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara 141 mln. manatdan artıq məbləğdə güzəştli kredit verib.
SKMF cümə axşamı Göygöl rayonunda sahibkarlığa dövlət dəstəyi ilə bağlı tədbir keçirib.
Nazirliyin məlumatında fondun icraçı direktoru Şirzad Abdullayevə istinadən qeyd edilir ki, SKMF-in xətti ilə Gəncə-Qazax iqtisadi rayonundan 5,5 mindən artıq sahibkara 199,4 mln. manat məbləğində güzəştli kredit verilib. Bu isə 24 mindən artıq iş yerinin yaradılmasına imkan verib.
Məlumata əsasən Cümə axşamı tədbir çərçivəsində 61 sahibkarlıq subyekti 805 min manat məbləğində güzəştli kredit alıb.