Azərbaycanda sahibkarlara yanvarın 1-nə qədər vaxt verildi

Artıq bəzi suallar cavabsız qalmayacaq. Alıcı məhsulun üzərindəki etiketə baxaraq onun tərkibində allergen maddənin olub-olmadığını müəyyən edə biləcək. Burada isə əsas məsələ bu etiketlənmənin məcburi olmasıdır.

Allergiyaya səbəb ola biləcək qida məhsullarının siyahısına qlütenli taxıllar, süd və süd məhsulları, dəniz məhsulları, yumurta, yer fındığı və onlardan hazırlanan məhsullar, eləcə də çərəzlər daxildir.

Bəs belə məhsulların məcburi etiketlənməsi prosesinə nə zaman başlanılacaq?

Tələblər 2027-ci il yanvarın 1-dən etibarən qüvvəyə minəcək və sahibkarlıq subyektləri bu tarixədək öz məhsullarının etiketlərini həmin tələblərə uyğunlaşdırmalıdırlar. Bu, bir sıra məhsullarda qarşımıza çıxa bilər. İstər unlu qənnadı məmulatları, istər paketlənmiş, hazır, emal olunmuş qidalar olsun, istənilən qidada bu 14 allergen müxtəlif formalarda təzahür edə bilər.

Məqsəd istehlakçı hüquqlarının qorunması, allergiyası və ya həssaslığı olan şəxslərin məhsul alarkən etiketdə allergen maddələr barədə məlumatı görə bilməsinin təmin edilməsidir.

Qeyd edək ki, son rəqəmlərə görə, dünya əhalisinin 2,5 faizi qida allergiyasından əziyyət çəkir.

MənbəOXU.AZ
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər