Azərbaycanda sahibkarların bank hesablarındakı pullar sığorta ediləcək.
Banker.az Fed.az-a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, müvafıiq qanuna edilən dəyişikliyə əsasən, əmanətlərin sığortalanması ilə yanaşı, sahibkarların da banklardakı pulları sığorta ediləcək.
Burada sığortalanan hissə 20 min manat olacaq.
Z.Nuriyev bildirib ki, əmlak alqı-satqısı zamanı notariusların bank hesabında olan pullar da tam sığortalanacaq.