13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycanda sahibkarların sayı 1 milyonu keçdi

2020-ci il oktyabrın 1-i vәziyyәtinә hüquqi şәxs yaratmadan sahibkarlıq fәaliyyәti ilә mәşğul olmaq üçün qeydiyyatdan keçmiş fәrdi sahibkarların sayı 1 milyonu keçib. 2019-cu ilin oktyabrın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 903 mini keçmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründә hәr dörd fәrdi sahibkardan üçü “Kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq”, “Ticarәt; nәqliyyat vasitәlәrinin tәmiri”, “Digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi” vә “Nәqliyyat vә anbar tәsәrrüfatı” sahәlәri üzrә qeydiyyatdan keçib.

Onu da qeyd edək ki, fәrdi sahibkarların 78.7%-ni kişilәr, 21,3%-ni isә qadınlar tәşkil edib.

 

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər