2021-ci ilin 9 ayı ərzində qeydiyyata alınmış sahibkarlıq subyektlərinin sayı ümumilikdə 6.7% artaraq 2021-ci ilin oktyabrın 1-i tarixinə 1 306 490 olub. Onların 12.5%-i (163 979) hüquqi şəxslərin, 87.5%-i (1 142 511) fərdi sahibkarların payına düşür.
Banker.az xəbər verir ki, bu barədə Sahibarlığın İnkişafı Fondunun illik hesabatında bildirilir.
Eyni zamanda 2021-ci ilin 9 ayı ərzində fərdi sahibkarlar istisna olmaqla sahibkarlıq subyektlərinin sayı 5.5% (8 918) artaraq 163 979 olmuşdur. Qeydiyyata alınmış subyektlərin 136 743-ü mikro, 6 832-si kiçik, 2 652-si orta, 603-ü isə iri sahibkarlıq subyektləridir.