7 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda sahibkarlıq sahəsində lisenziya tələb olunan fəaliyyət növləri və lisenziyalar üçün dövlət rüsumlarının məbləği təsdiq edilib

Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və bu sahədə lisenziya verən 3 dövlət qurumu müəyyənləşdirilib.

Azərbaycanda dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar fəaliyyət növləri istisna olmaqla, sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən veriləcək.

 

Banker.azın APA-ya istinadən verdiyi məlumata görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 21 dekabr 2015-ci il tarixli fərmanı ilə təsdiq edilən  “Lisenziyalaşdırma Qaydası”nda əksini tapıb.

 

Beləliklə, digər nazirliklərin sahibkarlıq fəaliyyətinin lisenziya tələb olunan bütün növləri üzrə lisenziyalar vermək səlahiyyəti ləğv olunub, bu sahədə yeganə səlahiyyətli orqan İqtisadiyyat və Sənaye Nazirliyi müəyyən edilib. Bununla əlaqədar “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı da ləğ edilib.  İstisna hal kimi Naxçıvan Muxtar Respublikasında fəaliyyət növlərinə lisenziyaları Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi müvafiq icra hakimiyyəti orqanları verəcək.

 

Dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə “Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri” də təsdiqlənib.  Özəl myhafizə fəaliyyəti üçün lisenziyanı 1500 manat dövlət rüsumu ödənməklə Dövlət Təhlükəsizliyi Xidməti (Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslər, yaxud əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən təsis edilmiş hüquqi şəxslərin, o cümlədən birbaşa və ya dolayı yolla xarici kapitalın iştirakı ilə yaradılmış hüquqi şəxslərin öz mühafizəsini təmin etmək üçün), digər hallarda Daxili İşlər Nazirliyi verəcək. İnformasiya mühafizə vasitələrinin layihələndirilməsi və istehsalı sahəsində fəaliyyət üçün lisenziyanı 1100 manat dövlət rüsumu ödənilməklə Dövlət Təhlükəsizliyi Xidməti, biometrik texnologiyaların yaradılması və həmin texnologiyalara xidmət göstərilməsi  və fərdi məlumatların informasiya ehtiyatlarının formalaşdırılması və informasiya sistemlərinin yaradılması, onlara xidmət göstərilməsi üçün lisenziyaları isə 1100 manat dövlət rüsumu ödənilməklə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi verəcək.

 

Dövlət başçısının 21 dekabr tarixli fərmanı ilə lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısı və həmin fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumunun məbləğləri də təsdiqlənib:

Sıra nöm-rəsi Fəaliyyət növünün adı Dövlət rüsumunun məbləği (manatla)
  Toksiki istehsalat tullantılarının:  
1.1. utilizasiyası 550
1.2. zərərsizləşdirilməsi 550
  Yabanı dərman bitkiləri xammalının yığılması 250
  Özəl tibb fəaliyyəti 2250
  Əczaçılıq fəaliyyəti:  
4.1. dərman vasitələrinin istehsalı 2250
4.2. dərman vasitələrinin topdansatışı 2250
4.3. dərman vasitələrinin pərakəndə satışı 1000
  Prekursorların:  
5.1. istehsalı 250
5.2. idxalı 250
5.3. ixracı 250
5.4. tranzit nəql edilməsi 250
  Təhsil fəaliyyəti:  
6.1. məktəbəqədər təhsil müəssisələri 1250
6.2. ümumi təhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla) 2000
6.3. ilk peşə-ixtisas təhsili müəssisələri (peşə məktəbləri və peşə liseyləri) 2000
6.4. orta ixtisas təhsili müəssisələri 2000
6.5. ali təhsil müəssisələri 2750
6.6. əlavə təhsil müəssisələri 1500
6.7. dini orta ixtisas təhsili müəssisələri 2000
6.8. ali dini təhsil müəssisələri 2750
  Rabitə xidmətləri:  
7.1. telefon (məftilli) 2500
7.2. radiotrank və simsiz telefon 2500
7.3. sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) 5500
7.4. İP-telefoniya (internet telefoniya) 4000
7.5. ölkədaxili telekommunikasiya kanallarının təşkili 2500
7.6. beynəlxalq telekommunikasiya kanallarının təşkili 5500
7.7. məlumatların ötürülməsi (data) 3000
7.8. sürətli poçt xidməti 1250
  Teleradio yayımı fəaliyyəti:  
8.1. ümumrespublika televiziya yayımı 5500
8.2. Bakı şəhəri üzrə televiziya yayımı 2250
8.3. regional televiziya yayımı 1500
8.4. ümumrespublika radio yayımı 2500
8.5. Bakı şəhəri üzrə radio yayımı 1250
8.6. regional radio yayımı 500
8.7. əlavə informasiya yayımı 500
8.8. abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı 1500
8.9. abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı 2500
8.10. peyk yayımı 500
8.11. xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət 500
  Fond birjası fəaliyyəti 5500
  İnvestisiya şirkəti fəaliyyəti 2750
  Klirinq təşkilatı fəaliyyəti 2750
  İnvestisiya fondunun depozitarı fəaliyyəti 2750
  Səhmdar investisiya fondu fəaliyyəti 5500
  Qiymətli kağız blanklarının hazırlanması və satışı üzrə fəaliyyət 2750
  Müxtəlif növ möhürlərin və ştampların hazırlanması 1100
  Kredit təşkilatlarının fəaliyyəti:  
16.1. bank, xarici bankın yerli filialı 11000
16.2. bank olmayan kredit təşkilatı 550
16.3. poçt rabitəsinin milli operatoru 500
  Sığorta sahəsində fəaliyyət:  
17.1. sığorta fəaliyyəti 11000
17.2. təkrarsığorta fəaliyyəti 11000
17.3. sığorta brokeri fəaliyyəti:  
17.3.1. hüquqi şəxs olan sığorta brokerləri 11000
17.3.2. fiziki şəxs olan sığorta brokerləri 500
17.4. sığorta agenti fəaliyyəti:  
17.4.1. hüquqi şəxs olan sığorta agentləri 500
17.4.2. fiziki şəxs olan sığorta agentləri 220
  Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması 550
  Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması 250
  Maye və təbii qaz təsərrüfatı obyektlərinin:  
20.1. quraşdırılması 1100
20.2. istismarı 1100
  Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması 1100
  Liftlərin quraşdırılması və təmiri fəaliyyəti 250
  Attraksionların istismarı 1250
  Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri 1250
  Təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi 1250
  Yanğından mühafizə fəaliyyəti:  
26.1. müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması 1800
26.2. yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi 1800
26.3. yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri 1800
26.4. yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası 1800
  Tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri 550
  Tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri 550
  Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi 550
  Özəl baytarlıq təbabəti fəaliyyəti 220
  Baytarlıq preparatlarının:  
31.1. istehsalı 1500
31.2. satışı 220
  Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin:  
32.1. istehsalı 1000
32.2. idxalı 500
  Fərdi ovçuluq təsərrüfatlarının təşkili 550
Son xəbərlər
Digər xəbərlər