2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda şampun, diş pastası, sabun, dezodorant və antiperspirantlar bahalaşdı

Marketlərdə qeyri-qida məhsulları, xüsusilə gigiyenik vasitələr bahalaşıb.

Banker.az “Xezerxeber”ə istinadən xəbər verir ki, sabun, şampun, diş pastaları, müxtəlif dezodorantlar və bu kimi digər fərdi gigiyenik vasitələrin qiyməti gündən-günə artır.

Satıcılar deyirlər ki, qiymətləri onlar yox, firmalar qaldırırlar.

Əvvəllər 3 manata satılan antiperesperantlar indi 5 manatdan bahadır. Ən çox alınan şampunların qiyməti isə 5 manatdan 8 manata qədər yüksəlib.

Satıcılar bildirirlər ki, qarşıdakı aylarda qiymətlərin enməsi gözlənilmir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər
Digər xəbərlər