9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda satışa çıxarılan pivə və araq məmulatları üçün əsas tələblər açıqlanıb

Azərbaycanda standart istehlak tarasına qablaşdırılmış, ölkə ərazisində topdan və pərakənda satış üçün nəzərdə tutulmuş pivə və araq, likör-araq məmulatları üçün əsas tələblər açıqlanıb.

APA-nın məlumatına görə, bu,Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Kollegiyasının təsdiq etdiyi  AZS 843-2015 (QOST R 51074-2003) “Qida məhsulları. İstehlakçı üçün məlumat. Ümumi tələblər” dövlət standartında əksini tapıb.

Dövlət standartına əsasən satışa çıxarılan qablaşdırılmış pivə məhsullarında istehlakçı üçün pivənin adı və növü, istehsalçının adı və yerləşdirdiyi yer (ölkə daxil olmaqla hüquqi ünvan, hüquqi ünvana uyğun olmadıqda Azərbaycan Respublikasında yerləşən, lazım olduqda istehsalçı tərəfindən bu ərazidə istehlakçılardan gələn iradları qəbul etmək vəzifəsi ilə səlahiyyətləndirilmiş təşkilatın (əgər varsa) ünvanı, istehsalçının əmtəə nişanı (əgər varsa), ilkin şirənin faizlə ekstraktivliyi (alkoqolsuz və xüsusi dad və ətirli əlavələr ilə pivədən başqa), etil spirtinin minimal həcm payı (“alk. həcmdən ən azı…%” və ya “spirt həcmdən ən azı…%”), doldurulma tarixi, pivənin istehsalında istifadə edilən əsas xammalın tərkibi, qida əlavələri, aromatizatorlar, qidaya bioloji aktiv əlavələr, qeyri – ənənəvi tərkibli məhsulun inqrediyentləri, yararlılıq müddəti, saxlanma şərtləri, həcm, qida dəyərliliyi, məhsulun istehsal olunduğu və eyniləşdirilə bilən sənədin işarəsi, uyğunluğun təsdiq edilməsi haqqında məlumat əksini tapmalıdır.

Qablaşdırılmış araq, likör-araq məmulatları və içməli 95% -li spirt məhsullarında isə məhsulun adı, istehsalçının adı və yerləşdiyi yer (ölkə daxil olmaqla hüquqi ünvan), istehsalçının əmtəə nişanı (əgər varsa), tündlük faizlə (etil spirtinin kütlə payı), həcm, tərkibi (istifadə edilmiş ərzaq xammalından alınmış rektivikasiya edilmiş etil spirtinin növü (məsələn: yüksək dərəcəli təmizləmə, ekstra, lüks və s), istehsalçının istəyindən asılı olaraq suyu, onun fərqli xüsusiyyətləri və ya hazırlanma üsulları,  həmçinin dad və ətrə təsir edən əsas inqrediyentlərin adı (əsas inqrediyentlərin siyahısını istehsalçı müəyyən edir), qida əlavələri, aromatizatorlar, bioloji aktiv əlavələr, qeyri – ənənəvi tərkibli məhsulların inqrediyentləri göstərilir) etil spirtinin həcm payı ən çoxu 10%-dən az olan alkoqollu içkilər üçün yararlılıq müddəti barədə məlumat əksini tapmalıdır. Likör – araq məmulatları üçün şəkərin kütlə payı (əgər şəkər resepturada nəzərdə tutulursa) doldurulma tarixi (etiketin üz və ya arxa tərəfində göstərilir. Qapaq və kontretiketlərdə və ya bilavasitə istehlak tarasında, oxumaq üçün rahat olan yerlərdə yazılmasına yol verilir), uzun müddət saxlanılaraq keyfiyyəti yaxşılaşdırılmış likörlər üçün“Uzun müddət saxlanılmış” ifadəsi, məhsulun istehsal olunduğu və eyniləşdirilə bilən sənədin işarəsi, uyğunluğun təsdiq edilməsi haqqında məlumat qablaşdırılma zamanı istehlakçıya çatdırılmalıdır.

Son xəbərlər
Digər xəbərlər